İsveç Rusiyadan qorunmaq və Baltik dənizində patrulluq etmək üçün sualtı qayıqlar inşa etməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Politico” yazıb.
Qeyd olunub ki, Blekinge və Skåne adlı A26 tipli 66 metrlik dizel-elektrik sualtı qayıqları 2027 və 2028-ci illərdə suya buraxılmalıdır.
Blekinge və Skane İsveçin 1990-cı illərin ortalarından bəri inşa etdiyi ilk sualtı qayıqlar olacaq. Hazırda Karlskronadakı gəmiqayırma zavodunda işlər aparılır.
Bundan əvvəl ifrat sağçı İsveç Demokratlar partiyasından olan deputat Markus Viçel Stokholmun Moskva ilə münaqişədə birbaşa iştirakının mümkünlüyünü etiraf etmişdi.
Bizim Telegram kanalımıza abunə olun