IMG-LOGO

ABŞ husilərin hücumları ilə bağlı İrana xüsusi ismarış göndərib

13.01.2024 21:13 58 baxış
IMG

ABŞ Yəmən husilərinin hücumları ilə bağlı İrana xüsusi ismarış göndərib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

“Biz bunu (ismarış – Qeyd) xüsusi olaraq çatdırdıq və əminik ki, onlar hərtərəfli hazırlanıblar”-deyə, o bildirib.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” (Rifah Mühafizə Əməliyyatı) əməliyyatına başlayıblar.

Daha sonra ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə aviazərbələr endirib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti