IMG-LOGO

Bloomberg: Ağ Ev bəzi departamentləri mümkün şatdaunla bağlı xəbərdar edib

13.01.2024 19:30 61 baxış
IMG

Ağ Ev bəzi departamentləri ABŞ hökumətinin mümkün dayandırılmasına (bağlanmasına) hazırlaşmağın zəruriliyi barədə məlumatlandırıb.

“Report” xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Belə ki, Ağ Evin İdarəetmə və Büdcə Ofisi bəzi departamentlərə hökumətin maliyyələşdirilməsi dayandırıldıqda necə fəaliyyət göstərəcəkləri barədə məlumat verib.

2023-cü ilin noyabrında ABŞ prezidenti Cozef Bayden federal hökumətin işini müvəqqəti maliyyələşdirmək üçün Konqresin hər iki palatası tərəfindən əvvəllər təsdiq edilmiş qanun layihəsini imzalayıb.

Əgər yanvarın 19-dan sonra federal hökumətin işinə davam etməsi üçün vəsait ayrılmasa qurum fəaliyyətini qismən dayandıra bilər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti