İsrail hərbçiləri Qəzza zolağının mərkəzi hissəsində Fələstinin radikal HƏMAS hərəkatının əməliyyat qərargahına və komanda mərkəzinə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“99-cu diviziyanın döyüşçüləri Qəzza zolağının mərkəzi hissəsində Fələstin qaçqınlarının düşərgələri ərazisində fəaliyyət göstərir. Yoxlamalar zamanı hərbçilər tank əleyhinə raketlər və pulemyotlarla silahlanmış terrorçu dəstəni müəyyən ediblər. Hərbçilər terrorçuları izləyib və onların HƏMAS-ın əməliyyat qərargahı kimi xidmət göstərən binaya daxil olduqlarını görüblər. Həmin binaya HHQ vasitəsilə zərbələr endirilib, nəticədə terrorçular öldürülüb, qərargah dağıdılıb”, - məlumatda deyilir.
Bundan əlavə, ərazidəki hərbi qulluqçular HƏMAS-ın komanda mərkəzinə məqsədyönlü reyd keçiriblər və bu reyd zamanı onlarla silah, kompüter, telefon və izləmə cihazı aşkar edilib. Reyd başa çatdıqdan sonra mühəndislik imkanlarından istifadə edilməklə komanda mərkəzi və silahlar məhv edilib.
Bizim Telegram kanalımıza abunə olun