Amerikanın keçmiş lideri Barak Obamanın həyat yoldaşı, hüquqşünas Mişel Obama ölkədə keçiriləcək prezident seçkilərindən qorxduğu üçün yuxusuzluqdan əziyyət çəkdiyini deyib.
Lent.az-ın Fox News-a istinadən xəbərinə görə, onu gecələr oyaq saxlayan “yaşadığımız dünya” ilə bağlı fikirlərdir.
"Həddindən artıq bilmək kimi bir şey var və hər şeydən xəbərdar olan ABŞ prezidenti ilə evli olanda bəzən sadəcə ondan yaxa qurtarmaq istəyirsən", - o qeyd edib.
ABŞ-ın keçmiş birinci xanımı müharibələr və süni intellektin gələcəyi, iqlim dəyişikliyi, eləcə də seçici fəallığı da daxil olmaqla bir sıra məsələlərdən narahat olduğunu əlavə edib. Bununla belə, o, ABŞ-da qarşıdan gələn prezident seçkilərinin əsas məsələ olaraq qaldığını bildirib.
Noyabr ayında Mişel Obama prezident Co Baydenin 2024-cü ildə yenidən seçilməsinə açıq şəkildə dəstək olub-olmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib.