Hindistanın Qoa əyalətində öküz 79 yaşlı britaniyalı turistə hücum edərək, buynuzu ilə onun bud və başına vurub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Qoadakı çimərliklərdən birində baş verib. Sahildə 79 yaşlı qadının iti yaxınlıqda bir öküz görüb və hürərək ona tərəf qaçıb.
Qorxmuş öküz turistə tərəf qaçıb və təqaüdçüyə hücum edib. O buynuzları ilə qadının buduna və başına vurub. Turist qadın xəstəxanaya yerləşdirilib.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır, heyvanın sahibinin kimliyi müəyyənləşdirilir.