IMG-LOGO

Uitkoff və Kuşner Parisdə Ukrayna üzrə danışıqlarda ABŞ-ni təmsil edəcək

05 Jan 2026 19:26 8 baxış
IMG

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bu həftə Parisdə keçiriləcək Ukrayna üzrə danışıqlarda ölkəni təmsil edəcəklər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 6-da Parisdə ABŞ lideri Donald Trampın komandası ilə görüşəcəyini və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasını müzakirə edəcəyini açıqlamışdı.

Xəbər lenti