IMG-LOGO

Tayvanda inzibati rəhbər vəzifəsinə seçkilər keçirilir

13.01.2024 07:53 45 baxış
IMG

Tayvan seçiciləri ada Administrasiyasının rəhbəri və Qanunverici Yuan (ən yüksək qanunverici orqan) üzvləri üçün seçkilərdə səsverməyə başlayıblar.

"Report"un adanın seçki komissiyasına istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 04:00) açılıb.

Tayvanın 20 yaşdan yuxarı 23,4 milyon əhalisinin 19,5 milyonu səs verəcək. Onlar üç bülleten alıblar: administrasiya rəhbərini və onun müavinini seçmək, ərazi seçki dairəsi üzrə deputatlığa namizədlərə səs vermək və partiya siyahıları üzrə səs vermək. Nəticələrin axşam saatlarında açıqlanması gözlənilir. Qalib sadə səs çoxluğu ilə müəyyən edilir, ikinci tur yoxdur.

Səsvermə səkkiz saat davam edəcək. Seçki məntəqələri yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 12:00) bağlanacaq. Qanunvericiliyə görə, seçkilərə 10 gün qalmış sorğular və səsvermədən sonra “exit-poll” keçirilməsi qadağandır.

Admnistrasiya rəhbəri vəzifəsi uğrunda üç namizəd mübarizə aparacaq: hakim Demokratik Tərəqqi Partiyasından 64 yaşlı Lay Sinde, müxalif Homindandan 66 yaşlı Hou Yu və mərkəzçi Tayvan Xalq Partiyasından 64 yaşlı Ke Venje. Lay Sinde seçki yarışında favorit hesab olunur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti