Avropa İttifaqı (Aİ) Venesuela və Qrenlandiya ətrafındakı vəziyyətin eyni olmadığı qənaətindədir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
"Xatırladım ki, Qrenlandiya ABŞ-nin müttəfiqidir və eyni zamanda NATO-nun üzvüdür. Bu, böyük fərqdir. Buna görə də biz Qrenlandiyanı tam dəstəkləyir və Venesuelada baş verənlərlə müqayisəni qətiyyən mümkün hesab etmirik", - o deyib.
P.Pinyonun sözlərinə görə, Avropa İttifaqı Danimarkanın və Qrenlandiyanın ərazi bütövlüyünü dəstəkləyir, Qrenlandiyanın statusu məsələsini isə yalnız onun sakinləri həll edə bilərlər.