IMG-LOGO

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib

13.01.2024 05:23 53 baxış
IMG

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib.

“Report” xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Yəməndəki husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmayacaqları təqdirdə Birləşmiş Ştatların onlara zərbələr endirməyə davam edəcəyini bildirib. "Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik", - ABŞ rəhbəri deyib.

Bayden jurnalistlərlə danışarkən husiləri “terrorçu qrup” adlandırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti