IMG-LOGO

Bayden husiləri terrorçu adlandırıb: Hücumlarına cavab verəcəyik

13.01.2024 03:38 52 baxış
IMG

ABŞ Prezidenti Cozef Bayden deyib ki, Yəməndəki husi qüvvələri Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmasalar, Birləşmiş Ştatlar onlara zərbələr endirməyə davam edəcək.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

"Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik", - ABŞ rəhbəri deyib. Bayden jurnalistlərə danışarkən husiləri “terrorçu qrup” adlandırıb.

ABŞ Prezidenti həmçinin deyib ki, o, Yəmən üsyançılarına dəstək verən İrana müəyyən mesaj göndərib: “Mən artıq İrana mesaj vermişəm”.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti