Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu həftənin sonunda Bəşər Əsədin devrilməsindən sonra Suriyaya ilk səfərini edəcək.
"Report"un "Al Arabiya"ya istinadən məlumatına görə, bunu Avropa İttifaqının mətbuat katibi Paula Pinyo bildirib.
Qeyd olunub ki, Lyayen İordaniya və Livanda da olacaq.
Avropa Komissiyası sədrinin Suriyaya səfəri beynəlxalq ictimaiyyətin Əsədin devrilməsindən bir il sonra bərpa səylərinə dəstək vermək cəhdləri fonunda baş tutur.