Estoniya Rusiya ilə sərhədini minalamaq imkanını nəzərdən keçirir.
"Report"un ERR-ə istinadən verdiyi xəbərə görə, bunu Riyqikoqunun (parlament) Dövlət Müdafiəsi Komitəsinin rəis müavini, ehtiyatda olan polkovnik-leytenant Leo Kunnas deyib.
Söhbət xüsusən piyada və tank əleyhinə minaların quraşdırılmasından gedir. Kunnasın sözlərinə görə, Rusiya Federasiyası ilə sərhəddə müdafiə strukturlarının tikintisi üçün üç şərt yerinə yetirilməlidir.
"Birincisi, biz Ukraynaya verdiyimiz mühəndis materialları və mina ehtiyatlarını dəyişməliyik. Məsələn, çoxlu sayda tank əleyhinə minalar verdik. Onları dərhal dəyişdirməliyik, sonra daha çox mina, partlayıcı və sursat almalıyıq", - Kunnas deyib.
Onun sözlərinə görə, növbəti addım bütün Baltikyanı ölkələr tərəfindən piyada əleyhinə minaların qadağan edilməsi haqqında Ottava Konvensiyasının denonsasiyası olmalıdır.
Üçüncüsü, Kunnasın fikrincə, Estoniya özünün tank əleyhinə, piyada əleyhinə minaaxtaran, minalarda və artilleriya mərmilərində istifadə oluna bilən partlayıcılarının istehsalına başlamalıdır.
"Belə istehsal gücləri bizim üçün vacib olardı, çünki onların sayı da çox böyükdür. Bütün bunları etdikdən sonra deyə bilərik ki, ciddi şəkildə müdafiə obyektlərinin tikintisinə başlaya bilərik", - o əlavə edib.
Bizim Telegram kanalımıza abunə olun