Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 90,78 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 3,29 faiz bəndi azdır.
İkinci pillədəki "Google Gemini"nin bazar payı ay ərzində 2,33 faiz bəndi artaraq 4,24 % təşkil edib. Beləliklə onun bazar payı ay ərzində 2,2 dəfə artıb.
Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı dekabrda 0,97 faiz bəndi artaraq 2,88 % olub.
Dördüncü yerdəki "Microsoft Copilot"un bazar payı 1,7 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,1 faiz bəndi azdır.
İlk beşliyi 0,4 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı noyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi artıb.
Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"ChatGPT" – 90,68 % (noyabra nisbətən 3,25 faiz bəndi az);
"Google Gemini" – 4,19 % (+2,55 faiz bəndi);
"Perplexity" – 2,82 % (+0,92 faiz bəndi);
"Microsoft Copilot" – 1,88 % (-0,27 faiz bəndi);
"Claude" – 0,44 % (+0,06 faiz bəndi).
Mobil cihazlarda:
"ChatGPT" – 91,72 % (-3,05 faiz bəndi);
"Google Gemini" – 4,73 % (+1,46 faiz bəndi);
"Perplexity" – 3,55 % (+1,59 faiz bəndi);
Planşetlərdə:
"ChatGPT" – 100 % (dəyişməyib);