Avropa İttifaqı (Aİ) dağılmağa məhkumdur, lakin bu proses tədricən baş verəcək.
"Report" Macarıstan mediasına istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli və beynəlxalq KİV-lər üçün keçirdiyi mətbuat konfransında bildirib.
"Avropa İttifaqı birdən-birə çökməyəcək, tədricən dağılacaq. Bu, artıq baş verir, biz bu prosesin içindəyik", - o qeyd edib və ittifaq sisteminin yenidən təşkil edilməsinə ehtiyac olduğunu xüsusi vurğulayıb.
Macarıstanın Böyük Britaniya kimi zamanla Aİ-ni tərk edib-etməyəcəyi sualına cavab olaraq V.Orban "Brexit"in "misli görünməmiş cəsarətli qərar, milli özünüdərkin güclü təzahürü" olduğunu deyib.
Prezident vurğulayıb ki, macarlar cəsarəti yüksək qiymətləndirsələr də, "Brexit"dən ən çox məhz elə onlar ziyan çəkib, çünki "britaniyalılar Avropa İttifaqında qalsaydılar, bu gün orada baş verən mənfi halların heç biri yaşanmazdı".