IMG-LOGO

İsveçrə Maduronun aktivlərini dondurub

05 Jan 2026 15:48 4 baxış
IMG

İsveçrə Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və onunla əlaqəli şəxslərin aktivlərini dondurmağa qərar verib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının bəyanatında deyilir.

"2026-cı il yanvarın 5-də Federal Şura İsveçrədə Nikolas Maduroya və digər əlaqədar şəxslərə məxsus bütün aktivləri dərhal dondurmaq qərarına gəlib. Federal Şuranın məqsədi aktivlərin xaricə köçürülməsinin qarşısını almaqdır", - bəyanatda qeyd olunub.

Daha əvvəl ABŞ Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı narkoterrorizmlə bağlı ittiham irəli sürüb. Daha sonra Ağ Evin mətbuat xidməti Maduronun saxlanıldığı və Nyu-Yorka gətirildiyi barədə məlumat yayıb.

Xəbər lenti