2025-ci ildə Azərbaycan Türkiyədən 44,322 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 15,8 % azdır.
Türkiyədən ən çox idxalı ABŞ 751,356 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 9,3 % çox), İtaliya 290,765 milyon ABŞ dolları (11,9 % çox) və Almaniya 259,315 milyon ABŞ dolları (4,4 % çox) həyata keçirib.
Dekabrda isə Türkiyə Azərbaycana 5,288 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22 % çoxdur.
Ötən il Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % artaraq 4 milyard 499,901 milyon ABŞ dollarına, dekabrda isə 13,5 % artaraq 385 milyon ABŞ dollarına çatıb.