IMG-LOGO

Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb

05 Jan 2026 15:58 5 baxış
IMG

Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 84,79 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 2,04 faiz bəndi, 2024-cü ilin dekabr ayı ilə müqayisədə isə 6,72 faiz bəndi çoxdur.

İkinci pillədəki "Safari"nin bazar payı aylıq 0,35 faiz bəndi, illik isə 3,54 faiz bəndi azalaraq 6,94 % olub.

Növbəti yerdə qərarlaşan "Samsung Internet"in bazar payı aylıq 0,21 faiz bəndi, illik isə 1,56 faiz bəndi azalaraq 2,14 % təşkil edib. Beləliklə onun bazar payı illik ifadədə 40 % azalıb.

Dördüncü yerdəki "Opera"nın bazar payı ay ərzində 0,49 faiz bəndi, illik müqayisədə isə 0,99 faiz bəndi azalaraq 1,88 % təşkil edib.

İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,33 faiz bəndi, illik isə 0,1 faiz bəndi azalaraq 1,77 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"Chrome" – 91,34 % (aylıq 2,56 faiz bəndi və illik 11,63 faiz bəndi çox);

"Edge" – 2,81 % (aylıq 0,8 faiz bəndi və illik 4,36 faiz bəndi az);

"Safari" – 1,7 % (aylıq 0,18 faiz bəndi və illik 1,2 faiz bəndi az);

"Opera" – 1,67 % (aylıq 0,71 faiz bəndi və illik 3,71 faiz bəndi az).

"Firefox" – 1,15 % (aylıq 0,67 faiz bəndi və illik 0,92 faiz bəndi az);

Mobil cihazlarda:

"Chrome" – 74,08 % (aylıq 0,44 faiz bəndi və illik 2,76 faiz bəndi az);

"Safari" – 15,53 % (aylıq 0,86 faiz bəndi və illik 2,06 faiz bəndi çox);

"Samsung Internet" – 5,68 % (aylıq 0,07 faiz bəndi və illik 0,48 faiz bəndi çox);

"Opera" – 2,23 % (aylıq 0,15 faiz bəndi az və illik 0,14 faiz bəndi çox);

"Yandex Browser" – 1,42 % (aylıq 0,28 faiz bəndi və illik 0,36 faiz bəndi az);

Planşetlərdə:

"Chrome" – 75,97 % (aylıq 2,73 faiz bəndi çox və illik 17,06 faiz bəndi az). Beləliklə onun bazar payı il ərzində 18 % azalıb;

"Safari" – 12,11 % (aylıq 1,18 faiz bəndi az və illik 7,98 faiz bəndi çox);

"Android" – 8,48 % (aylıq 0,26 faiz bəndi və illik 6,11 faiz bəndi çox);

"Opera" – 2,31 % (aylıq 1,54 faiz bəndi və illik 2,05 faiz bəndi çox);

"Yandex Browser" – 0,89 % (aylıq 0,34 faiz bəndi az və 0,72 faiz bəndi çox);

Xəbər lenti