Amerikalı aparıcı Meqin Kelli işləmək məcburiyyətində qaldığı ən kobud Hollivud məşhurlarının adlarını açıqlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu siyahıda Bryus Uillis də yer alıb. Kellinin sözlərinə görə, “Die Hard” filminin ulduzu xəsis və nəcib davranışlardan uzaq olub.
Kelli Bryus Uillis haqqında kifayət qədər ehtiyatla danışdığını bildirib. Çünki aktyor hazırda sağalmaz xəstəliklə mübarizə aparır və aparıcının öz sözlərinə görə, bu dövrdə onun haqqında mənfi fikirlər səsləndirmək ona xoş deyil. Bununla belə, Kelli etiraf edib ki, Bryus Uillis onun üzərində xoş olmayan təəssürat yaradıb.
Meqin Kellinin “qara siyahı”sına həmçinin Ceyn Fonda da daxil edilib. Aparıcının sözlərinə görə, aktrisa bir vaxtlar plastik əməliyyatlarla bağlı suallara kifayət qədər sərt reaksiya verib. Siyahıda El Roker və məşhur şounun ulduzu Ellen DeCeneresin də adı çəkilir.
Bununla belə, Kellinin dediklərinə tam etibar etmək də çətindir. Çünki o, özü də məşhurlar haqqında tez-tez qalmaqallı və təhqiredici fikirlər səsləndirməsi ilə tanınır. Məsələn, bir dəfə Kelli Sidni Suininin tamaşaçılar üçün yalnız dəbdəbəli sinəsi sayəsində maraqlı olduğunu, aktyorluq bacarığına görə deyil, məhz bu səbəbdən diqqət çəkdiyini iddia etmişdi.
Hollivud