IMG-LOGO

Ukrayna lideri Avstraliyanın Baş naziri ilə ölkəsinə hərbi yardımı müzakirə edib

05 Jan 2026 14:48 8 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyanın Baş naziri Entoni Albanizlə müdafiə məsələlərini və Rusiyanın Ukrayna şəhərlərinə zərbələrini müzakirə edib.

"Report" xəbər verir ki, V.Zelenski bu barədə öz teleqram kanalında yazıb.

"Baş nazir kömək etməyə söz verib və mən buna görə çox minnətdaram. Hava hücumundan müdafiə üçün raketlərə, eləcə də müdafiəmizə dəstəyə hər gün ehtiyac var. Mən diplomatiya sahəsindəki vəziyyət və növbəti addımlar barədə məlumat verdim. Ukrayna və ukraynalılar haqqında xoş sözlərə görə təşəkkür edirəm", - o bildirib.

Ukrayna lideri qeyd edib ki, ötən ay Bondi çimərliyində törədilmiş terror aktı ilə əlaqədar baş nazirə şəxsən başsağlığı verib.

"Ölənlərdən altısı ukraynaəsilli olub. Xəsarət alanların bütün qohumları və yaxınları ilə həmrəy olduğumuzu bildiririk", - V.Zelenski qeyd edib.

Xəbər lenti