IMG-LOGO

Fransada naməlum şəxs qatarda sərnişinlərə hücum edib, xəsarət alanlar var

05 Jan 2026 13:16 10 baxış
IMG

Bu gün Fransanın İvelin bölgəsində bir kişi şəhərətrafı elektrik qatarında iki nəfərə hücum edərək, onlara bıçaq xəsarətləri yetirib.

"Report" xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Hücum edən şəxs sərnişinlərdən birinə qatarda yatdığı yerdə zərbə endirib.

Digər şəxsə isə Le-Vezine kommunasındakı stansiyada hücum edib, daha sonra hadisə yerindən qaçıb.

Xəbər lenti