Ötən ilin dekabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 36,04 % (noyabrda 46,23 %, 1 il əvvəl 47,09 %) təşkil edib.
"Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 10,19 faiz bəndi, 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi azdır.
Beləliklə onun bazar payı ay ərzində 22 % azalıb.
İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 2,41 faiz bəndi azalaraq, il ərzində isə 18,66 faiz bəndi artaraq 28,63 % (bir ay əvvəl 31,04 %, bir il öncə isə 9,97 % olub) təşkil edib.
Növbəti yerdəki "Facebook"un bazar payı ay ərzində 6,79 faiz bəndi, illik isə 1,44 faiz bəndi artaraq 17,47 % (noyabrda 10,68 %, 2024-cü ilin dekabr ayında isə 16,03 % olub) təşkil edib.
Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 3,08 faiz bəndi artaraq, illik müqayisədə isə 8,13 faiz bəndi azalaraq 8,78 % (müvafiq olaraq 5,7 % və 16,91 %) təşkil edib.
İlk beşliyi 4,01 %-lik (bir ay əvvəl 4,46 %, bir il öncə isə 6,66 % olub) bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,45 faiz bəndi, illik müqayisədə isə 2,65 faiz bəndi azalıb.