Bir dövrə damğa vurman Hollivud ulduzu Mickey Rourke Los-Ancelesdə obyektiblərə tuş gəlib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, baxımsız halı ilə gündəmə gəlib. Çətin bir mərhələdən keçdiyi deyilən təcrübəli aktyorun son görüntüsü pərəstişkarlarını narahat edib.
1980-ci və 1990-cı illərdə kino dünyasının ən diqqətçəkən simalarından biri olan Mickey Rourke ötən günlərdə Los-Ancelesdəki evinin qarşısında zavallı vəziyyətində görünüb. 73 yaşlı aktyorun baxımsız və əvvəlki populyar imicindən xeyli fərqlənən görünüşü böyük təəccüb yaradıb. Rourke-un şəxsi həyatında da çətin bir dövr yaşadığı bilinir.
MADDİ PROBLEMLƏR YAŞAYIR
Məhkəmə sənədlərinə görə, məşhur aktyorun kirayə borcu səbəbindən yaşadığı evlə bağlı hüquqi prosesin başladığı və evdən çıxarılma ehtimalı ilə üz-üzə qaldığı bildirilib.
XƏBƏRDARLIQ GÖNDƏRİLİB
Aktyorun 59 min 100 dollar məbləğində kirayə borcu səbəbindən evdən çıxarılma riski ilə qarşı-qarşıya olduğu öyrənilib.
Bildirilir ki, dekabrın 18-də aktyorun kirayədə yaşadığı evlə bağlı ona ya ödəniş etməsi, ya da evi boşaltması tələbi ilə 3 günlük rəsmi xəbərdarlıq göndərilib. Lakin aktyorun məhkəmə qərarına baxmayaraq bu xəbərdarlığa əməl etmədiyi qeyd olunub.
Mickey Rourke Hollivud ulduzu son görüntü maddi problemlər kirayə borcu evdən çıxarılma Los Anceles məşhurlar xəbəri




