IMG-LOGO

Ötən ay Bakıdan bölgələrə 155 minə yaxın sərnişin daşınıb

05 Jan 2026 12:18 8 baxış
IMG

2025-ci ilin dekabr ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 6 794 reyslə 154 964 sərnişin bölgələrə daşınıb.

Bu barədə "Report"a BBAK-dan bildirilib.

Məlumata əsasən, onlayn gediş bileti əldə edən sərnişinlərin sayı isə 59 102 və ya 38 % olub.

Ötən ilin dekabrında Bakı-Gəncə istiqaməti üzrə 672 reyslə 23 135 sərnişin, Bakı-Qırmzı Körpü - 485 reyslə 15 913 sərnişin, Bakı-Xaçmaz-Xudat - 438 reyslə 13 554 sərnişin, Bakı-Qusar - 468 reyslə 11 143 sərnişin, Bakı-Quba - 399 reyslə 9 668 sərnişin, Bakı-Mingəçevir - 281 reyslə 8 443 sərnişin, Bakı-Şəki - 324 reyslə 6 120 sərnişin daşınıb.

Xəbər lenti