Ötən ilin dekabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 76,44 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, noyabr ayına nisbətən 1,4 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 4,85 faiz bəndi azdır. Beləliklə onun bazar payı ardıcıl olaraq 6-cı aydır azalır (ümumi azalma 13 % təşkil edir).
Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 1,09 faiz bəndi və illik müqayisədə 4,6 faiz bəndi artaraq 22,74 % olub.
Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 0,58 faiz bəndi və illik müqayisədə 16,6 faiz bəndi azalaraq 76,65 % təşkil edib.
Həmin cihazlarda "İOS"un bazar payı 23,33 % təşkil edib ki, bu da aylıq müqayisədə 0,61 faiz bəndi, illik isə 16,58 faiz bəndi çoxdur.