IMG-LOGO

Misir aeroportlarında miqrasiya kartları ləğv ediləcək

05 Jan 2026 12:39 10 baxış
IMG

Misir hava limanlarında yanvar ayının sonuna qədər turistlər üçün miqrasiya kartları ləğv ediləcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya naziri Sameh Əl-Hefni bildirib.

Onun sözlərinə görə, Misir hava limanlarına gələn ya da gedən şəxslər üçün kart doldurulmasının nəzərdə tutulmuş ləğvi səyahət prosedurlarını asanlaşdırmaq və sərnişinlərə vaxt qazandırmaq məqsədi daşıyır.

Daha əvvəl Misir hökuməti turistlərin ölkəyə gəldikdə elektron viza almalarına imkan verəcək sistemin yaradılması üzərində işlədiyini bildirib. Söhbət elektron sistemdən, mobil tətbiqdən və ya özünəxidmət məntəqələrindən gedir.

Xəbər lenti