Malayziya hökuməti parlamentin müzakirəsinə hökumət başçısının səlahiyyət müddətini 10 illə məhdudlaşdıran qanun layihəsi təqdim edəcək.
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu dövlət qulluqçuları qarşısında çıxışı zamanı Ənvər İbrahim qeyd edib.
O vurğulayıb ki, təşəbbüs hökumət başçısının vəzifədə olma müddətini maksimum 10 illə məhdudlaşdırmağı nəzərdə tutur: "Hər kəsin öz səlahiyyət müddəti var. Əgər bizə vəzifələrimizi yerinə yetirmək üçün kifayət qədər vaxt verilərsə, hakimiyyəti növbəti nəslə təhvil vermək daha yaxşı olar".
Baş nazir əlavə edib ki, dövlət layihələrinin həyata keçirilməsi zamanı hakimiyyətdən sui-istifadənin qarşısını almağa yönəlmiş informasiya azadlığı haqqında qanun da təklif edilib.