Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual saxta hesablarla sosial şəbəkədə təhqir edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.
Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
bir sual - bir cavab sosial şəbəkə saxta hesabla təhqir