IMG-LOGO

Alişan botoks etdirdi, məcbur olub açıqlama verdi

05 Jan 2026 11:14 7 baxış
IMG
0 0

Son dövrlərdə arıqlaması ilə diqqət çəkən Türkiyənin məşhur müğənnisi Alişan indi də üzündəki dəyişikliklə gündəmə gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, estetik əməliyyat etdirdiyi iddia olunan sənətçi mövzu ilə bağlı açıqlama verib.

Sosial mediada yayılan fotodan sonra izləyicilər sənətçinin üz cizgilərindəki dəyişiklik səbəbilə botoks etdirmiş ola biləcəyini irəli sürmüşdülər.

Məşhur müğənni səsləndirilən iddialara Instagram hesabında etdiyi paylaşım ilə cavab verib. Alişan fotosunu paylaşaraq altına “Qaşlar düşüb, sakit olaq, hər şey qaydasındadır” sözlərini yazıb.

Bununla da bəlli olur ki, müğənni həqiqətən botoks etdiribmiş, məlum olduğu kimi bu əməliyyat müddətində qaşlar 1-2 gün ərzində yuxarıda qalır.

 

Alişan botoks iddiası qaşlar estetik müzakirəsi sosial media məşhur xəbərləri şou-biznes Instagram paylaşımı

Xəbər lenti