IMG-LOGO

Peruda sabiq prezidentə 34 il həbs cəzası istənilib

12.01.2024 20:50 45 baxış
IMG

Peru prokurorluğu ölkənin keçmiş prezidenti Pedro Kastilyoya 34 il həbs cəzası istəyib.

“Report” xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“Prokurorluq Pedro Kastillo Terronesi qiyam, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi ciddi şəkildə pozmaqda təqsirli bilərək onun 34 il həbs cəzasına məhkum olunmasını istəyir”, - məlumatda deyilir.

Xatırladaq ki, sabiq prezident 2022-ci il dekabrın 7-də dövlət çevrilişi etməkdə ittiham olunur.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti