IMG-LOGO

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 3 %-ə yaxın artırıb

05 Jan 2026 10:38 8 baxış
IMG

2025-ci ildə Azərbaycan Türkiyədən 2 milyard 412,498 milyon ABŞ dolları dəyərində mal idxal edib.

"Report" Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 2,7 % çoxdur.

Ötən il Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 5,1 % artaraq 237 milyard 370,977 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya 19,835 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 9,7 % çox), Böyük Britaniya 14,178 milyard ABŞ dolları ( 11,8 % çox), ABŞ 13,163 milyard ABŞ dolları (2 % az) və İtalya 12,358 milyard ABŞ dolları (3 % çox) həyata keçirib.

Təkcə dekabrda isə Türkiyədən Azərbaycana 248,915 milyon ABŞ dolları dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 19 % azdır. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1,1 %-i qədər olub.

Xəbər lenti