Bir müddətdir ailəsi ilə yaşadığı problemlərlə gündəmdə olan Özcan Denizin xərçəng xəstəliyindən müalicə alan anası Kadriye Deniz ötən ilin sonunda xəstəxanaya yerləşdirildi.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə verdiyi açıqlamalarla ailəsi ilə görüşməmək qərarı aldığını bildirən Özcan Deniz, ağır xəstəliyə düçar olan anasını ziyarətə getmədi.
Bacısı Yurda Gürler qardaşına iradını sosial media hesabında dilə gətirdi. Gürler, Özcan Denizin yeni il paylaşımlarına da eyham vurdu:
“Bu şənfəşanlığın sonu gələcək! Bu gün çıtırdayan ocaq baxarsınız ki, sabah sönüb. Bugünkü mədələr güclüdür, bugünkü şorbalar istidir, yeyin, atışdırın, doldurun, paylaşa-paylaşa, kasa-kasa... Yeyin, əfəndilər, yeyin, bu bol nemətli süfrə sizindir, doyunca, tıxanınca, çatlayana qədər yeyin!
Tevfik Fikret necə də gözəl deyib... Səninlə fəxr edirəm, əziz qardaşım...
Anamın xərçənglə mübarizə apardığı dövlət xəstəxanası palatası ilə sənin qurduğun o nümayişkaranə masa arasında elə bir uzaqlıq var ki... Təəssüf ki, bu məsafə kilometrlə yox, xarakterlə ölçülür... Var ol...
Özcan Deniz Yurda Gürler Kadriye Deniz ailə münaqişəsi xərçəng müalicəsi xəstəxana sosial media paylaşımı qardaş iradı Tevfik Fikret məşhurlar xəbəri