IMG-LOGO

Xamenei Rusiyaya qaçmağı planlaşdırır - The Times

05 Jan 2026 10:10 6 baxış
IMG
0 0

İranın ali rəhbəri Əli Xameneyinin ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinin onları nəzarət altına ala bilməməsi halı üçün ehtiyat plan hazırladığı bildirilir.

Lent.az-ın məlumatına görə, “The Times” qəzeti kəşfiyyat hesabatına istinadən yazır ki, Xameneyi 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. 

Mənbənin dediyinə görə, sözdə “B planı” Xameneyinin oğlu və ehtimal olunan varisi Müctəba Xameneyi ilə yanaşı, ən yaxın müttəfiqlərinin də ölkədən çıxarılmasını əhatə edir.

Hesabatda qeyd olunur ki, Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb, təhlükəsiz gediş üçün xaricdə daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib.

Qəzetin yazdığına əsasən, iyun ayında İsraillə baş vermiş 12 günlük müharibədən sonra Xameneyi fiziki və psixoloji baxımdan zəifləyib. (MOUZE)

İranda etirazlar Xamenei

Xəbər lenti