IMG-LOGO

Baku.ws saytının 22 yaşı tamam olur

05 Jan 2026 09:40 7 baxış
IMG

Baku.ws saytının 22 yaşı tamam olur.

"Report" xəbər verir ki, Baku.ws yarandığı ilk gündən məhdud kollektiv və imkanlarla ölkənin internet resursları arasında sözünü deməyi bacarıb.

Bu gün Baku.ws Azərbaycan və rus dillərində fəaliyyət göstərən ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. Saytda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbər, analitik yazı, reportaj, müsahibə və araşdırmalar, eyni zamanda regionda, dünyada baş verən son xəbərləri izləmək mümkündür.

Baku.ws 22 il ərzində Azərbaycanda etibarlı xəbər resurslarından birinə çevrilərək statusunu bu günədək qoruyub saxlayır.

Baku.ws-ə məxsus sosial şəbəkələr də ölkədə ən çox izlənən səhifələr sırasındadır.

Eyni zamanda Azərbaycanda təşkil olunan xeyriyyə aksiyaları da saytın daima diqqətində olub. Baku.ws 22 il ərzində bir çox xeyriyyə aksiyalarına qatılıb, ehtiyacı olan və aztəminatlı insanlara dəstək olub, onların problemlərinin həllində yaxından iştirak edib.

Bir sözlə, Baku.ws 22 ildə bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.

"Report" İnformasiya Agentliyinin kollektivi Baku.ws-də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

Xəbər lenti