IMG-LOGO

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artırılıb

05 Jan 2026 09:53 7 baxış
IMG

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən yanvarın 5-dən 12-dək 363 milyon 848 min 997 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə "Report" TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 4,1 % çoxdur.

Bu, dekabrın 30-na olan sifariş göstəriciləri ilə müqayisədə 0,85 % azdır, dekabrın 31-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,86 % azdır. Bu, yanvarın 1-dən 5-dək olan sifariş həcmləri ilə müqayisədə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən yanvarın 5-dən 12-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən yanvarın 5-dən 12-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün 5-dən 12-dək 304 milyon 828 min 278 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 29-na olan sifariş göstəriciləri ilə müqayisədə 6,2 % çoxdur.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 30-na və 31-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,12 % çoxdur. Melenduqno çıxış nöqtəsindən qazın tədarükü yanvarın 1-dən 5-dək olan sifariş göstəriciləri ilə müqayisədə eyni qalıb.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Xəbər lenti