IMG-LOGO

Azərbaycanda bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb

05 Jan 2026 10:01 7 baxış
IMG

Bayram tətili günlərində (dekabrın 31-dən yanvarın 5-dək) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.

Bu barədə "Report"a KTM-dən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən dördü dərman, biri siçan dərmanı (rodensit), biri dəm qazı, biri yandırıcı məhlul, altısı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Ölüm faktı qeydə alınmayıb.

Xəbər lenti