ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə endirdikləri 73 zərbə nəticəsində 5 qiyamçı silahlı ölüb, 6-sı yaralanıb.
“Report” xəbər verir ki, bunu “Ənsarullah husi” siyasi-hərbi qruplaşmasının sözçüsü Yəhya Saree bildirib.
Onun sözlərinə görə, bu hücum cavabsız qalmayacaq: “Bizim qüvvələrimiz quruda, dənizdə bütün təhdid mənbələrinə tərəddüd etmədən hücum edəcək”.
Qeyd edək ki, yanvarın 12-də gecə saatlarında ABŞ və Böyük Britaniya Yəmənin 5 şəhərində husilərin obyektlərinə zərbələr endirib.
10:03ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Yəməndə husilərin 16 obyektindəki 60-dan çox hədəfə zərbələr endirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xüsusilə, sursat anbarlarına və buraxılış qurğularına hücumlar həyata keçirilib.
Bizim Telegram kanalımıza abunə olun