IMG-LOGO

Britaniya Nazirlər Kabineti: “Sunak və Zelenski tarixi saziş imzalayacaqlar” - YENİLƏNİB

12.01.2024 13:14 51 baxış
IMG

Böyük Britaniya və Ukrayna təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayacaqlar.

“Report”un xəbərinə görə, bu barədə Britaniya hökumət məlumat yayıb.

Sənədi yanvarın 12-də Kiyevdə Krallığın Baş naziri Rişi Sunak və Ukrayna Prezidenti Volodimir Zelenski imzalayacaq.

“Bu gün Baş nazir Sunak və Prezident Zelenski Böyük Britaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair tarixi saziş imzalayacaqlar”, - məlumatda vurğulanıb.

Bildirilib ki, bu sazişlə Britaniyanın Ukraynanın təhlükəsizliyinə, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik, tibbi və hərbi təlimlər, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlığına verdiyi və bundan sonra verəcəyi dəstəyi rəsmiləşdirir.

12:25

Böyük Britaniyanın Baş naziri Rişi Sunak yanvarın 12-də Ukraynaya səfər edəcək.

“Report”un xəbərinə görə, bu barədə Britaniya hökuməti məlumat yayıb.

“Baş nazir bu gün yeni böyük dəstək paketini açıqlamaq və Ukrayna ilə sıx tərəfdaşlığa sadiqliyini təsdiqləmək üçün Kiyevə səfər edəcək”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Böyük Britaniya Ukraynaya ayrılan maliyyə vəsaitini 2,5 milyard funt-sterlinqə qədər artıracaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti