IMG-LOGO

ABŞ Venesuela və Karib hövzəsi üzərində uçuşları məhdudlaşdırıb

04 Jan 2026 05:16 7 baxış
IMG

ABŞ Venesuela və Karib hövzəsi üzərində uçuş məhdudiyyətlərinin olduğunu təsdiqləyib.

"Report"un xəbərinə görə, bu barədə ABŞ-ın nəqliyyat naziri Şon Daffi sosial şəbəkədə məlumat verib.

"Bu gün səhər tezdən Müdafiə Nazirliyinə dəstək olaraq Federal Aviasiya Administrasiyası (FAA) hava səyahətçilərinin təhlükəsizliyini təmin etmək üçün Karib dənizində və Venesuela üzərində hava məkanından istifadəni məhdudlaşdırıb" - deyə, bəyanatda vurğulanıb.

Daffinin sözlərinə görə, "məhdudiyyətlər vaxtında aradan qaldırılacaq". "New York Times" daha əvvəl uçuş məhdudiyyətləri barədə məlumat verib.

Xəbər lenti