IMG-LOGO

Göyərçin bir ailənin dörd üzvünü zəhərlədi

08 Jun 2026 19:07 2 baxış
IMG
2 1

Tatarıstanda göyərçin bir ailənin dörd üzvünün zəhərlənməsinə səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, quş qazla işləyən suqızdırıcısının tüstüçıxarma borusunda ilişib qaldığı üçün dəm qazı mənzilə dolub.

Nəticədə dörd nəfər, o cümlədən iki azyaşlı uşaq zəhərlənib. 

Hadisədən sonra müfəttişlər tüstü bacasını və ventilyasiya kanalını yoxlayıblar. Yoxlama zamanı çəkiliş qüvvəsinin normal olduğu müəyyən edilib.

Mütəxəssislərin qənaətinə görə, zəhərlənmənin yeganə səbəbi yanma məhsullarının xaricə çıxmasına mane olan və tüstü kanalını bağlayan göyərçin olub.

dünyadan xəbərlər göyərçin dəm qazı

Mənbə: lent.az

Xəbər lenti