IMG-LOGO

Şirvanda 28 yaşlı usta hündürlükdən yıxılaraq öldü

08 Jun 2026 16:10 3 baxış
IMG
0 0

Şirvanda usta hündürlükdən yıxılaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində fərdi yaşayış evlərindən birində dam örtüyünü təmir edən zaman baş verib.

Həmin evdə usta kimi çalışan Şirvan sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov damdan yıxılaraq ağır xəsarətlər alıb.

O, xəstəxanaya çatdırılarkən yolada həyatını itirib.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti