IMG-LOGO

Son bir əsrin ən güclü zəlzələsi

12.01.2024 07:05 50 baxış
IMG

Dünyanın ən güclü zəlzələsi 9,5 bal gücündə olub.

Lent.az xarici KİV-lərə istinadla xəbər verir ki, qeydə alınan dünyanın ən böyük zəlzələsi 1960-cı il mayın 22-də Çilinin cənubundakı Valdivia yaxınlığında baş verib. Onun maqnitudası ABŞ Geoloji Xidməti tərəfindən 9,5 olaraq müəyyən edilib. Bu zəlzələ “Böyük Çili zəlzələsi” adlanır.

Birləşmiş Ştatların Geoloji Xidməti bu hadisəni “əsrin ən böyük zəlzələsi” kimi xarakterizə edir. Tarixdə qeydə alınmış digər zəlzələlər daha da güclü ola bilər. Lakin bu, 1900-cü illərin əvvəllərindən bəri ən böyük zəlzələ hesab olunur.

Zəlzələ nəticəsində qrunt hərəkəti minlərlə binanı dağıdıb və ya zədələyib. Çili hökuməti təxminən 2 milyon insanın evsiz qaldığını bildirib. Dağıntıların və ölümlərin əksəriyyəti zəlzələ nəticəsində yaranan bir sıra sunamilər nəticəsində baş verib. Bu dalğalar zəlzələdən dərhal sonra sahilyanı əraziləri bürüyüb. Nəticədə binalar bünövrələrindən sökülüb və xeyli sayda insan suda boğulub.

Xəbər lenti