IMG-LOGO

ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücumların sayı son üç ayda 130-a çatıb

12.01.2024 05:09 48 baxış
IMG

Ötən ilin oktyabrın 17-dən etibarən ABŞ-nin İraq və Suriyadakı bazalarına edilən hücumların sayı 130-a çatıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

"Hücumların ümumi sayı bu günə qədər 130-dur. Bu hücumlardan 53-ü İraqdakı Amerika bazalarına, 77-si Suriyadakı bazalara edilib”, - o qeyd edib.

Rayder Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının sayının ötən ilin noyabrın 19-dan 27-yə yüksəldiyini təsdiqləyib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti