IMG-LOGO

Raşida Dati Fransanın mədəniyyət naziri təyin edilib

11 Jan 2024 23:32 137 baxış
IMG

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin müttəfiqi Raşida Dati ölkənin yeni mədəniyyət naziri təyin olunub.

"Report" xəbər verir ki, bu barədə BFMTV kanalı mənbələrə istinadən məlumat yayıb.

Dati 2022-ci ilin mayından mədəniyyət naziri vəzifəsində çalışan Rima Abdul-Malakı əvəz edəcək.

Qeyd edək ki, N.Sarkozi prezident seçkilərində qələbə qazandıqdan sonra 2007-2009-cu illərdə Fransanın ədliyyə naziri vəzifəsində çalışıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti