Kolumbiya Prezidenti Qustavo Petro qaçqınların mümkün kütləvi axını mümkünlüyünə qarşı Venesuela ilə sərhədə bütün mövcud ehtiyat qüvvələrinin cəlb olunacağını bəyan edib.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Qaçqın axını ehtimalı ilə əlaqədar silahlı qüvvələr, eləcə də bütün mövcud resurslar sərhədə göndərilir", - Petro "X" sosial şəbəkəsində qeyd edib.
Onun sözlərinə görə, qərar Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul edilib.
"Milli Təhlükəsizlik Şurasının səhər saat 3-də başlayan iclasını yenicə başa vurduq", - prezident qeyd edib.
O, həmçinin qeyd edib ki, Kolumbiyanın Venesueladakı səfirliyi fəal şəkildə işləyir və Venesuelada olan kolumbiyalıların müraciətlərinə cavab verir.
"BMT Təhlükəsizlik Şurasının üzvləri olaraq, biz Şuranın iclasını çağırmağa çalışırıq. Kolumbiya hökuməti Venesuelanın və Latın Amerikasının suverenliyinə qarşı təcavüzü rədd edir. Xalqlar arasında daxili münaqişələr xalqların özləri tərəfindən sülh yolu ilə həll olunur. Bu, Birləşmiş Millətlər Təşkilatı sisteminin əsasını təşkil edən xalqların öz müqəddəratını təyinetmə prinsipidir", - Petro vurğulayıb.