IMG-LOGO

Tramp: Maduro və həyat yoldaşı ələ keçirilərək Venesueladan çıxarılıb

03 Jan 2026 13:31 13 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığını bəyan edib.

"Report" xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"ABŞ Venesuelaya uğurla irimiqyaslı zərbə endirib, onun lideri, Prezident Nikolas Maduro və həyat yoldaşı tutularaq ölkədən çıxarılıb. Bu əməliyyat ABŞ-nin güc strukturları ilə birgə həyata keçirilib", - o yazıb.

Tramp həmçinin bildirib ki, bu gün Floridada yerləşən Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçirəcək və əməliyyatın digər təfərrüatlarını açıqlayacaq.

"Bu gün səhər saat 11-də (Bakı vaxtı ilə 20:00-da - red.) mətbuat konfransı keçiriləcək. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirik!", - o qeyd edib.

Xəbər lenti