IMG-LOGO

Açıq havada baş tutan hokkey matçını 36 mindən çox azarkeş izləyib

03 Jan 2026 13:41 9 baxış
IMG

"Florida Panters" və "Nyu-York Reyncers" komandaları arasında açıq havada baş tutan NHL matçını 36 153 tamaşaçı izləyib.

"Report"un NHL-in mətbuat xidmətinə istinadən məlumatına görə, qarşılaşma "Mayami Marlins" beysbol klubuna məxsus 36 742 nəfərlik stadionda baş tutub.

Havanın temperaturu +17.2° olub ki, bu da qışda açıq havada keçirilmiş oyunlar üçün rekord göstəricidir.

Qeyd edək ki, yanvarın 2-dən 3-nə keçən gecə gerçəkləşən NHL-in müntəzəm mövsümünün görüşü qonaq komandanın – "Nyu-York Reyncers"in 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti