Yanvarın 3-ü saat 11:00-a olan məlumata əsasən yanvarın 2-si gün ərzində ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə olunub, yanvarın 3-ü gecə və səhər isə hava əsasən yağmursuz keçib.
"Report"un məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbər yayıb.
Qeyd olunub ki, qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29, Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17, Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan, Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu, Zaqatala, Naxçıvanda 1 sm-dir.
Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 m-dək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Aran rayonlarında 3 dərəcəyədək şaxta, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 14 dərəcəyədək, yüksək dağlıq rayonlarda isə 20 dərəcəyədək şaxta qeydə alınıb.