IMG-LOGO

Bu il "Məşğulluğa Dəstək Layihəsi"nin ikinci mərhələsinə başlanacaq

03 Jan 2026 11:17 2 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra etdiyi "Məşğulluğa Dəstək Layihəsi"nin bu il ikinci mərhələsinə (2026-2029-cu illər) başlayacaq.

Nazirlikdən "Report"a verilən məlumata görə, layihə əlilliyi olan şəxslər, müharibə iştirakçıları və şəhid ailələri üzvləri, qadınlar və digər həssas qruplara aid şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmalarına dəstək məqsədi daşıyır.

Qeyd olunub ki, 2020-2025-ci illəri əhatə edən ilkin mərhələdə 22 min işsiz şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulsa da, layihənin uğurlu icrası nəticəsində ümumilikdə 26,7 min nəfər bu layihəyə cəlb edilib. Növbəti mərhələdə daha 30 min nəfərin kiçik bizneslərin qurmasına dəstək göstərilməsi nəzərdə tutulur.

"Məşğulluğa Dəstək Layihəsi" uğurlu icrasına görə 2024-cü ildə Dünya Bankının yüksək mükafatına layiq görülüb.

Xəbər lenti