ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisindəki hərbi obyektlər də daxil olmaqla hədəflərə zərbələr endirmək barədə əmr verib.
"Report" xəbər verir ki, bu barədə "CBS News"un jurnalisti Cennifer Ceykobs "X" hesabında yazıb.
"Amerikalı rəsmilər bildiriblər ki, Prezident Tramp Venesuela ərazisindəki obyektlərə, o cümlədən hərbi obyektlərə zərbələr endirməyi əmr edib. Bununla yanaşı, ABŞ administrasiyası şənbə günü səhər Prezident Nikolas Maduronun rejiminə qarşı kampaniyanı gücləndirib", - o yazıb.